İlham Əliyev XIII Qlobal Bakı Forumunda – FOTOLAR

media-hightechnic-468x90

Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Əvvəlcə xatirə fotosu çəkdirildi.

XIII Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbir iştirakçılarını salamladı, Forumda aparılan müzakirələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq dedi: “Zati-aliləri, xanımlar və cənablar, sabahınız xeyir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olmaqdan şərəf hissi duyuram. XIII Qlobal Bakı Forumunda burada – Bakıda görüşmək bizdə məmnunluq hissi doğurur və mən hər birinizə bu önəmli tədbirdə iştirak etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu tədbir indi xüsusilə önəmlidir. Çünki uzun illər ərzində sanki belə də olmalı imiş kimi qəbul etdiyimiz beynəlxalq münasibətlər və çoxtərəflilik sisteminin quruluşu gərginlik altındadır və bəlkə də pozulub. Beləliklə, növbəti günlərdə bizim vəzifəmiz dünyanın hansı şəkildə ola biləcəyi və olmalı olduğunu yenidən təsəvvür etmək üçün sizin təcrübəniz və müdrikliyinizdən yararlanmaqdır. Bunun üçün nostalji hisslərlə keçmişə baxmalı deyil, daha yaxşı gələcək qurmaq üçün bələdçi rolunu oynayacaq prinsiplərə sadiqliyi nümayiş etdirməliyik. Bu prosesə başlamaq üçün Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə bir yerdə olmaqdan şərəf hissi duyuruq və o, çıxışında fikirlərini bizimlə bölüşəcək. Cənab Prezident, buyurun, söz Sizindir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05