Prezident İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
www.yenicag.az