!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevdən kino xadimləri ilə bağlı 4 SƏRƏNCAM

!Reklam – Yazi

16:50

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az sərəncamın mətnini təqdim edir:

Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Əlizadə Oqtay Mahmud oğlu

Rzayev Nazim İsrafil oğlu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq artisti”

Əliyev Vidadi Hüseyn oğlu

Həsənov Vidadi İsmail oğlu

Quliyeva Xalidə Camal qızı

“Əməkdar incəsənət xadimi”

Azay Adil Çərkəz oğlu

“Əməkdar artist”

Əlilicanzadə Qorxmaz Məmməd oğlu

Namazov Zilli Yunus oğlu

“Əməkdar mədəniyyət işçisi”

Ağayev Nəsir İsmayıl oğlu

Dadaşova Nelli Hacı qızı

Hüseynov Nazim Fikrət oğlu

Quliyev Babək Barat oğlu

Mahmudova Zəkiyyə Güləmi qızı

Məmmədov Əli Bala Ənvər oğlu

Muxtarova Tamilla Muxtar qızı”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Babayeva Zemfira Baba qızı

Sadıxova Zemfira Emin qızı.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan kino sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Ağayev Xanlar Ağakərim oğlu

Həsənov Mahir Məhəmməd oğlu

Hüseynov Əlisəfdər Mürsəl oğlu.

www.yenicag.az

1694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv