Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyevdən mühüm fərman

482678ea9264314b07ae31b214bbff86Ölkə başçısı bununla bağlı fərman imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Yenicag.az xəbər verir ki, fərmanın məqsədi Əsasnamənin “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” qanunun tətbiq edilməsi barədə” ölkə başısının müvafiq fərmanlarına uyğunlaşdırılmasıdır.

Beləliklə, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-1-ci, 8.8-2-ci və 8.8-3-cü bəndlər əlavə edilib:
“8.8-1. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdim edilməsini və təşviqini təmin edən tədbirlər görür;
8.8-2. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilməsinə dəstəyin göstərilməsini və xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsini təmin edir;
8.8-3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin inkişafını təmin edir və fəaliyyətini əlaqələndirir;”.

www.yenicag.az

196