!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevdən Qarabağda bərpa olunacaq şəhərlərlə bağlı TAPŞIRIQ

!Reklam – Yazi

“Eyni zamanda, kəndlərin bərpası ilə bağlı vahid yanaşma olmalıdır. Çünki işğaldan əvvəl bəzi kəndlərdə yaşayan insanların sayı çox az idi, təqribən 20 nəfər, 30 nəfər, 50 nəfər. Əlbəttə, ilk növbədə, biz böyük yaşayış məntəqələrinin bərpası ilə məşğul olmalıyıq. Hesab edirəm ki, aidiyyəti qurumlar, hökumət, Prezident Administrasiyası kəndlərin optimal say tərkibini müəyyən etməlidir. Yəni, bizim üçün bir oriyentir olmalıdır. Əlbəttə ki, bu tarixi yaşayış məntəqələrinin mövcudluğu, torpaq sahələri nəzərə alınmalıdır ki, orada məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin etsinlər. Yəni, onlar daha dövlət dəstəyinə möhtac qalmasınlar”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Onlar üçün elə torpaq sahələri ayrılmalıdır ki, orada rahat əkib-becərə bilsinlər və yaxşı da gəlir götürsünlər. Nəzərə alsaq ki, bu torpaqlarda torpaq islahatı aparılmayıb, bu islahatı aparmaq üçün biz, əlbəttə, yeni meyarlar işləməliyik. Çünki 1990-cı illərdə torpaq islahatı bəzi hallarda natamam aparılmışdır və ondan sonra bəzi problemlər üzə çıxmışdır. Torpaq sahələri düzgün qeydiyyata alınmamışdır. Ona görə biz indi belə bir vəziyyətlə üzləşdik. Peykdən əldə edilən məlumat yerlərdə olan məlumatla uzlaşmır. Ona görə indi Kənd Təsərrüfatı Nazirliyi bu problemin həlli ilə məşğuldur. Amma azad edilmiş torpaqlarda bu səhvlərə əlbəttə ki, yol verilə bilməz. Ona görə dəqiq bilməliyik ki, hansı torpaqlar dövlət torpaq fonduna veriləcək, hansı torpaqlar meşə fonduna veriləcək. Onu da bildirməliyəm ki, bizim meşələrimizin böyük hissəsi qırılıb. Məndə məlumat var. Mən o məlumatı səsləndirəcəyəm. Ümumiyyətlə, azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizm sahələri olmalıdır ki, biz bu bölgənin təbiiliyini qoruya bilək. Ermənilər nə qədər çalışsalar da, orada məskunlaşma apara bilməmişlər. Çünki onların canlı resursları yoxdur. Bir də azad edilmiş torpaqlarda ki, ermənilər yaşayıb, mən orada olmuşam. Onlar elə gündə yaşayıblar ki, adam baxanda vallah dəhşətə gəlir.

Məşhur Şurnux kəndi var ki, ermənilər bizim torpaqlarımızda yaşayıblar, indi onlar oradan çıxarılıbdır. Dünən Sərhəd Xidmətinin rəisi mənə məlumat verib, dəhşətli bir mənzərədir. Elə bil it damıdır. Deyirəm ki, çəkin bunu. İndi jurnalistlər göndərilib. Çəkin göstərin, qoy görsünlər bunlar nə gündə yaşayıblar. Çünki resurs olmayıb, istək olmayıb, canlı resurs olmayıb. Bir də ki, onlar heç vaxt bu torpaqları öz torpaqları kimi qəbul etməyiblər. Əks təqdirdə, – onların ən çox yaşadıqları Şuşa şəhəri olubdur, – Şuşa şəhəri belə acınacaqlı vəziyyətdə olmazdı. Əgər onlar tarixi saxtalaşdıraraq Şuşa şəhərini bütün dünyaya erməni şəhəri kimi təqdim etməyə çalışıblarsa, heç olmasa, oraya əl gəzdirərdilər. O separatçı qurumun rəhbərləri özləri üçün imarətlər tikiblər. Erməni oliqarxlar imarətlər tikiblər. Amma onlardan başqa bir dənə də müasir tikinti yoxdur. Bizim tarixi-memarlıq abidələrimizi dağıdıblar. Ona görə bu məsələ ilə bağlı və digər məsələlərlə bağlı qaydalar, o cümlədən şəhərsalma qaydaları elə aparılmalıdır ki, bərpa olunacaq şəhərlərin dəqiq say tərkibi müəyyən edilsin. Biz özümüz hədəf qoymalıyıq, hansı şəhəri hansı formada görmək istəyirik. Əlbəttə ki, işlər əsaslı getməlidir. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir. Ona görə Samir Nuriyev görülmüş və bundan sonra nəzərdə tutulan işlər haqqında məlumat versin”, – dövlət başçısı bildirib.

COP29

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv