İlham Əliyevdən yeni səfir və baş konsul təyinatı

Prezident İlham Əliyev aprelin 2-də Əşrəf Fərhad oğlu Şıxəliyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə İlqar Fazil oğlu İsgəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilib.