!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Rəhimov biznesini kürəkəninin adına keçirdi - İş adamından ÇIXIŞ YOLU HƏMLƏSİ

!Reklam – Yazi

Azərbaycan əsilli rusiyalı iş adamı, Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı və yaxın dostu İlham Rəhimov Qərbin sanksiyalarından yayınmaq məqsədilə şirkətlərindən imtina edib.

Məlumata görə, həmyerlimizin adı “Kiyevskaya ploşad” Qrupuna daxil olan 6 şirkətin səhmdarları sırasından çıxarılıb.

Belə ki, İlham Rəhimov artıq “Ukraina” hotelinin, “Sadovod” bazarının, “Kaşirkada avtomobil ticarəti mərkəzi”nin, “Qrand” və “Qrand-2” mebel ticarəti mərkəzlərinin səhmdarı deyil.

Bundan başqa iş adamı “Kiyevskaya ploşad”, “Kiyevskaya ploşad 1” və “Avers 3” satış sənaye şirkətinin təsisçiliyindən də ayrılıb.

Məlumata görə, onun bu şirkətlərin hər birində 15 faizlik payı olub. Həmin payı isə Araz Mehdiyev adlı şəxsə ötürülüb.

Araz Mehdiyev İlham Rəhimovun kürəkəndir.

Rəhimovun belə tələsik addım atmasının səbəbi isə ABŞ və Avropa Birliyinin qoyduğu sanksiyalardan yayınmaq cəhdi ilə əlaqləndirilir./Gundem.az/

COP29

www.yenicag.az

773
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv