İlhamə Quliyeva hansı məşhura bahalı hədiyyələr edib? - İlk dəfə AÇIQLANDI

media-hightechnic-468x90

“İlhamə xanımla aramızda böyük çəkişmə olmuşdu”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni əməkdar artist Nüşabə Ələsgərova “Xəzər axşamı” verilişində deyib.

O, mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı maraqlı faktlar açıqlayıb:

“İlhamə xanımla aramızda böyük çəkişmə olmuşdu. Alicənab qadın idi, sonradan anladı ki, haqlı tərəf mənəm. Özü məni çağırdı və barışdıq. Sonradan dostlaşdıq. Onun anamla bir-iki yaş fərqi var idi, amma mən onunla rəfiqə kimi idim. Çünki sevmirdi ona yaşca böyük qadın kimi baxsınlar. Doğum günlərimdə mənim üçün özəl olaraq tort sifariş edirdi. O mənə çox bahalı hədiyyələr də edib. Qızıl “onluqlar”, zinət əşyası dəsti və başqa qızıllar bağışlayıb. İlhamə xanım eqolu bir xanım idi, bu da onum uşaqlıqda naz-nemət, var-dövlət içində böyüməsindən irəli gəlirdi. Hökmran qadın idi. O cür gözəl qadın xoşbəxt deyildi. İçindəki kədəri hökmranlığı ilə ört-basdır etməyə çalışırdı. Təkliyə çəkiləndə onun nə çəkdiyini mən bilirdim”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05