!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlon Maskdan yardım təklifi: Türkiyə rədd etdi - YENİLƏNDİ

!Reklam – Yazi

Türkiyə hökuməti “SpaceX” şirkətinin qurucusu İlon Maskın zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ölkəyə “Starlink” şəbəkə terminallarının göndərilməsi təklifini geri çevirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Türkiyənin yüksək rütbəli rəsmisinin sözlərinə görə, hökumət belə bir təklifə görə minnətdardır. Lakin ölkədə peyk rabitəsini təmin etmək üçün kifayət qədər avadanlıq mövcuddur.

*** 10:57

İlon Mask Türkiyədə bu gün səhər saatlarında baş verən zəlzələ ilə bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, o, Türkiyə hökumətinin razılığı ilə özünün “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərə biləcəklərini qeyd edib

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən zəlzələ ümumilikdə 10 şəhərdə hiss olunub. İndiyə qədər 76 nəfər həyatını itirib, azı, 440 yaralı var./Apa/

COP29

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv