İlon Maskın başı bəlada - “Twitter” yenidən məhkəməyə verildi

media-hightechnic-468x90

“Twitter” platformasında yəhudilərə qarşı təhqir xarakteri daşıyan postlar paylaşılıb. Şirkət bu paylaşımlarla bağlı heç bir tədbir görmədiyi üçün Almaniya tərəfindən məhkəməyə verilib.

Yenicag.az xəbər verir ki, bu problemlər iş adamı İlon Maskın şirkəti almasından sonra başlayıb.

Belə ki, İ. Mask şirkətin rəhbəri olduqdan sonra, paylaşımlara diqqət yetirilməməsi və nifrət dolu yazılara qarşı heç bir məhdudiyyət qoyulmaması ilə bağlı iddialar ortaya atılıb.

Almaniyada antisemitizm qanun pozuntusu sayıldığı üçün bu barədə ciddi addımlar atılıb. Məhkəmə qərarı “Twitter”in müqavilə əsasında bu cür materialları silmək məcburiyyətində olub-olmadığını müəyyən etməyə çalışacaq.

Qeyd edək ki, bundan öncə də şirkət kirayə müqaviləsinə əsasən ödəniş etmədiyi və kütləvi işçi ixtisarı etdiyi üçün də dəfələrlə məhkəməyə verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa