İlon Maskın “Starlink”i rəsmən Azərbaycanda – Qiymətlərə TƏSİR EDƏCƏK?

media-hightechnic-468x90

 

“Bu gün “Starlink” Azərbaycanda rəsmi olaraq fəaliyyətə başladı və Azərbaycanda peyk internet xidməti artıq rəsmi olaraq elan olundu”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov deyib.

Mütəxəssis İlon Maska məxsus “Starlink” şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlamasınə şərh edib:

“İndi insanlarımız sual edə bilərlər ki, “Starlink”in özəllikləri nədir və yaxud vətəndaşlar bunu niyə almalıdırlar? İlk öncə onu qeyd edim ki, peyk texnologiyası ilə internet ənənəvi fiber-optik texnologiya ilə verilən internetə rəqib deyil. Peyk texnologiyası daha çox internetin əlçatmaz olduğu yerlərdə istifadə üçün faydalıdır. Məsələn, ucqar bölgələrdəki əkin sahələri, torpaq zonaları və bu tip internetin gedib çatmadığı yerlərdə internetin istifadəsi üçün peyk texnologiyası çox əlverişlidir. Həm də turizmlə məşğul olan agentliklər, ucqar rayon və bölgələrə, dənizdə səyahət edənlər üçün peyk texnologiyası çox əlverişlidir. Çünki bəzən Azərbaycanın gözəl guşələrində şəlalələrin, yüksəkliklərin başına qalxan insanlar internetdən əziyyət çəkirlər. Bəzən isə insanlar ucqar yerlərdə kempinq qururlar. Onlar üçün də bu texnologiya çox əlverişlidir. Həmçinin ərazilərdə təlimlər keçirən idarələr, güc strukturları, habelə FHN-nin ərazilərdə apardığı təlimlər və bu kimi istiqamətlərdə görülən işləri misal gətirə bilərik”.

E. Abbasov hesab edir ki, “Starlink”in Azərbaycanda aktiv edilməsi digər peyk internet şirkətlərinin də Azərbaycana gəlməsinə stimul verə bilər:

“Çünki, artıq “Amazon”un bu barədə təklifi var, digər bir neçə şirkəti də burada qeyd etmək olar. Bundan başqa, peyk texnologiyası fiber-optik texnologiya ilə müqayisə üçün uyğun deyil, fərqli təyinatlı texnologiyalardır. Fiber-optik texnologiyasının olduğu bir yerdə heç kim peyk texnologiyasından istifadə etməz, çünki orada etibarlılıq, güvənlilik baxımından heç bir fərq yoxdur. Fiber-optik internet bizə necə verilirsə, peyk texnologiyası da həmçinin eyni şəkildə verilir. Qısacası, fiber-optik bizim üçün nədirsə peyk texnologiyası da həmin xidmətdir və bu prizmadan məsələyə yanaşanda fiber-optik olan yerdə peyk texnologiyası daha baha olacaq və sərfəli olmayacaq”.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600