İmamoğlu hakim qarşısında

media-hightechnic-468x90

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlək və ailəsinə qarşı təhdid və təhqir ittihamları ilə bağlı bu gün keçirilən ilk məhkəmə iclası 40 dəqiqə davam edib.

Yenicag.az Teleqraf-a istiandən xəbər verir ki, məhkəmədə Ə.İmamoğlu barəsində irəli sürülən ittihamları rədd edib.

“Mənə baxan türk bayrağını, mənə baxan Mustafa Kamal Atatürkü görür. Məni terrorla bir araya gətirmək absurddur. Ayıbdır, yazıqdır, günahdır. Üç ittihamla bağlı fikrim aydındır. Əlbəttə, mən özümü ali türk məhkəməsinə etibar edirəm. Düşünmək belə istəmirəm ki, istintaq prosesi düzgün aparılmayıb, ifadələr araşdırılmayıb, pis niyyətlə yazılmayıb, amma baş verənlər anlaşılan deyil. Üç ittihamın heç birini qəbul etmirəm”, – İmamoğlu vurğulayıb.

Qeyd edək ki, məhkəməyə İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu və oğlu Səlim İmamoğlu da qatılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600