"İmamoğlu işi": Tanınmış jurnalistlər saxlanıldı

media-hightechnic-468x90

Türkiyədə 6 jurnalist ifadələri alınması üçün bu gün səhər saatlarında evlərindən polis bölməsinə aparılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, saxlanılan jurnalistlər – Aslı Aydıntaşbaş, Ruşen Çakır, Soner Yalçın, Şaban Sevinç, Yavuz Oğhan və Batuhan Çolak olub.

İstanbul Baş Prokurorluğundan vurğulanıb ki, jurnalistlərin “İmamoğlu işi” ilə bağlı ifadələri alınır. Onlar yalan məlumat yaymaq və cinayət təşkilatına yardım etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, Y.Oğhan CHP-nin kommunikasiya koordinatoru vəzifəsində çalışır.

Əlavə edək ki, jurnalistlərin mobil telefonlarının da götürüldüyü qeyd olunub. Hələlik saxlanılanlar barədə həbs qətimkan tədbiri yoxdur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa