İmtahanın vaxtı açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün imzaladığı 4/İ № əmri ilə magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahan və tədbirlərin, eləcə də bakalavriat səviyyəsi üçün sınaq imtahanlarının plan-qrafikini təsdiq edib.
İmtahan vaxtlarını təqdim edirik:
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:
Ərizə qəbulu 03-12 fevral
Qəbul imtahanı I mərhələ 22 fevral
Proqram seçimi 01-10 aprel
Qəbul imtahanı II mərhələ 26 aprel
İxtisaslaşma seçimi 07-12 may
Boş qalan yerlərə ixtisaslaşma seçimi 22-28 iyun
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:
Ərizə qəbulu 16-23 fevral
Qəbul imtahanı I mərhələ 15 mart
Qəbul imtahanı II mərhələ 07 iyul
İxtisaslaşma seçimi 10-14 iyul
Boş qalan yerlərə ixtisaslaşma seçimi 21-24 iyul
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları
05, 12, 19 aprel, 3 may tarixlərində keçiriləcək.
Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları təsdiq edildikdən sonra bu təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarının və tədbirlərin plan qrafiki elan olunacaq(qafqazinfo).