!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnanılmaz fırıldaq: 50-yə yaxın vətəndaşı bu bəhanə ilə aldatdı

!Reklam – Yazi

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov cari il fevral ayının 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alınmasını bildirib.

DİN Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb və o, törətdiyi əməli etiraf edib.

Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılıb. Belə ki, S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul alması müəyyən edilib.

Araşdırma aparılır.

COP29

www.yenicag.az

2022
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv