İngiltərə Avropanın ən iri neft yatağını kəşf edib

media-hightechnic-468x90

İngiltərənin “Hurricane” şirkəti Şimal dənizindəki Şetland adalarından 97 km qərbdə, ehtiyatı 1 mlrd. barel neft həcmində qiymətləndirilən yataq kəşf edib.

media-banner_tuq

Yeniçağ.Az Report-a istinadən xəbər verir ki, kəşf edilən sahədə neftin çıxarılmasına 2019-cu ildə başlanılacaq. Artıq 1156 metr dərinliyə çataraq bir-birindən 30 km məsafədə 2 qazma quyusunun çox keyfiyyətli neft ehtiyatı tapıldığı bildirilir.

Şirkətin menecerlərindən biri Robert Trays bildirib ki, “bu, bizim şirkət üçün çox sevindirici xəbər olmaqla bərabər İngiltərənin son illərdə rastlaşdığı ən böyük neft yatağıdır”. Xəbərdən sonra şirkətin səhmlərinin 6% bahalaşdığı qeyd olunur.

Bəzi qiymətləndirmələrə görə, bu, Avropanın ən böyük neft yatağı hesab olunur.

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05