İnsan beyninin bilinməyən tərəfi

media-hightechnic-468x90

48650İnsan yuxuda olarkən onun beyni işləməkdə və ətraf mühitdən daxil olan informasiyanı almaqda davam edir.

Bu, Kembric, Pyer və Mariya Küri universitetlərinin tədqiqatçılarının birgə apardıqları elmi təcrübələrinin nəticəsində məlum olub.

Alimlərin tədqiqatında 18 könüllü iştirak edib. Könüllülər ayıq vəziyyətdə heyvanların və əşyaların adlarını sadalayan müəyyən audioyazını bir neçə dəfə dinləyiblər. Audioyazını dinləyəndən sonra müvafiq düymələri basıblar.

Sonra tədqiqatda iştirak edənlər yatıblar. Həmin şəxslər yuxuda olarkən audioyazını dinləyərək səslərə eyni qaydada reaksiya verməyə davam ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600