Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İnsanın qiyməti: Həqiqət və reallıq arasındakı fərq

İnsanları yaxşı və ya pis olaraq bölüşdürürük hələ də?

Cəfəngiyyatdır. Yaxşı və pis insan yoxdur. Hər kəs öz xarakterindən və dünyagörüşündən asılı olaraq hadisələrə “öz çərçivəsi”ndə “yaxşı” və “pis” donlarını geyindirir.

Qısa şəkildə desək, yaxşı və ya pis insan yoxdur, xarakter və dünyagörüş olaraq bir-birini tamamlayan və birdə tam əksinə, bir-birindən fərqlənən insan var.. Kimə sübut edə bilərsən ki sən pis insansan? O özünün yaxşı olduğunu “öz həqiqətləri” ilə müdafiə etməyə başlamayacaq? Guya sən özün onu “öz həqiqətlərin”lə mühakimə etmirsən ki?! İndi mən və ya qeyri birisi hardan bilsin ki, “sənin həqiqətlərin” “onun həqiqətlərindən” daha yaxşıdır?! Dedim axı, cəfəngiyyatdır…

Bəs insana verilən dəyər? Bəs onun qiyməti necə nizamlanır? Bax, məgər bu qədər “həqiqətlisənsə” gəl də qarşındakına, onun hisslərinə, həqiqətlərinə hörmət et. Məgər bu qədər “yaxşı olub” hər kəsi və ya sadəcə “bir kəsi” mühakimə edəcək qədər “möhtəşəmsənsə” gəl də özünü başqasına anologiya etməyi bacar.

Necə bacarmaq olar? Çətin deyil ki, “həqiqət” deyilən anlayışın olmadığı yaşamımızda “hörmət”, “özünü onun yerinə qoymaq ” deyə anlayışlar var.. Çox möhtəşəmdilər. Sənin özünü möhtəşəm sandığından daha böyük, daha təmiz, daha pak, daha real, daha gərəkli.

Ümumiyyətlə, “həqiqət” böyük bir oyundur. Siyasilər uydurur, sosial həyatda “adilər” bu oyunun qurbanına çevrilir. Həqiqət yoxdur. Həqiqət gücdür. Həqiqət qalibiyyətdir. Həqiqət səndən asılı olanın sənə yaltaqlığı, səndən işi keçməyənin səni görməməsidir. Həqiqət sən sevdiyinin sənə gülməsi, onun özünün “mən həqqəm” düşüncəsində qürurlanmasıdır. Həqiqət yoxdur. Həqiqi heç nə yoxdur. Sona qədər dostluq görmüsüz? Yox. Sona qədər davam edən dostluq, sevgi və s. münasibətlər görsəniz bilin ki, maraqlar sona qədər eyni olub. Çünki, həqiqət maraqları pərdələmək üçün uydurulan yalanlar oyunudur. Makiavelli demiş “Məqsəd isə vasitələrə haqq qazandırır”. Yəni insanlar istəmədən, özünü “həqiqət” adlandırmağa məcbur qalır.

Gələk insan dəyərinə. Bir müddət qazetlərin “müəyyən səhifələri” ağappaq çıxırdı ha, bu abzasda ağappaq qalasıdır. Çünki, günümüz insanı insan dəyərinə “həqiqətlərinə” uyğun qiymət verir ki, həqiqətlər maraqlara uyğun don geyinən böyük bir yalanlardır.

Həşim Səhrablı 

www.yenicag.az

3022
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100