!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanın yaşayan ən yaxın qohumu: Şimpanzelərin qəribə davranışı üzə çıxdı - FOTO

!Reklam – Yazi

DNT-ləri 98 faiz insan DNT-si ilə üst-üstə düşən şimpanzelər bizim yaşayan ən yaxın qohumumuz kimi tanınır.

Yenicag.az “Independent”ə istinadən xəbər verir ki, alimlər şimpanzelərin qəribə davranışını müşahidə ediblər.

Kyoto Universitetindən bir qrup alim şimpanzelər işədiyi zaman digər heyvanların da qrup şəkildə ona qatıldığını üzə çıxarıblar.

Belə ki, 20 şimpanze 600 saatdan çox müşahidə altında saxlanılıb və onların 1328 dəfə sidiyə çıxdığı görülüb. Qəribəsi isə budur ki, müşahidələr şimpanzelərin təsadüfi sidiyə çıxmalarının bir-birinə uyğun şəkidldə baş verdiyini aydınlaşdırıblar. İlk sidiyə çıxan şimpanzenin bu davranışı digərlərini də işəmələrinə səbəb olub.

Alimlər hazırda həmin heyvanların qrup olaraq sidiyə çıxmasının onların sosail davranışları ilə əlaqəli olub-olmadığını öyrənməyə çalışırlar.

www.yenicag.az

81
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv