!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Instagram”da tanış olduğu şəxsi öldürən gəncə ağır cəza verildi

!Reklam – Yazi

Həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəhim Əsədov hökm oxunub.

Yenicag.az-ın məlumatına görə, hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən təqsirləndirilən şəxs 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Belə ki, Rəşid İmanovun atası əvvəlki proseslərdə oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, onu bağışladığını deyib.

O, təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş edib.

Qeyd edək ki, hadisə bu ilin iyununda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rəhim Əsədov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Rəhim Əsədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham irəli sürülüb. O, ifadəsində özünü tam təqsirli bilib və Rəşid İmanovu öldürdüyünü etiraf edib. Rəhim Əsədov Rəşidi ona borca pul vermədiyinə və söydüyünə görə qətlə yetirdiyini deyib. Onun sözlərinə görə, mərhumla “Instagram” sosial şəbəkəsində tanış olub./unikal

www.yenicag.az

80
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv