Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İnstagram”da vidalaşıb intihar etdi – “Məni...” - FOTOLAR/VİDEO

Türkiyədə “Evlilik” verilişi ilə tanınan Uğur Doğan intihar edib.

Yenicag.az xəbər verir, o, 2 gün əvvəl “İnstagram”da video paylaşdıqdan az sonra intihar edib. Deyilənlərə görə, 25 yaşlı Uğur zəhərlə özünü öldürüb. Hadisə 13 avqust, saat 18:30-da Kocamustafapaşa məhəlləsində yerləşən evdə baş verib.

İddiaya görə, Uğur Doğanın ailəsi evə gələn zaman hansısa maddə ilə intihar etdiyini görüb. Dərhal polisə məlumat verilib. Xəstəxanaya aparılan Uğur Doğanı həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb. Yaxınları polisə Uğurun “siyanür” içərək intihar etdiyini ehtimal etdiklərini deyib.

Xəstəxanadan verilən məlumata görə isə, Uğur Doğan zəhərlənərək yox, ürək tutmasından ölüb.

Doğanın “İnstagram”da paylaşdığı videoda son sözləri belə olub: “Ağlım yerindədir. Nə edirəmsə öz istəyimlə edirəm. Məni heç vaxt unutmayın. Hər zaman xoşbəxtliklə qalın. Sağ olun”.

Həmin videonu təqdim edirik:

Natavan

www.yenicag.az

3808
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100