İnternet əsiri olan ölkələr

media-hightechnic-468x90

internetden_asili_olke_300“AT Kearney” biznes konsaltinqinin yeni araşdırmasına əsasən, internetdın asılı olan ölkələrin reytinqində birinci pillədə Braziliya qərarlaşıb.

Nigeriya və Cənubi Afrika ikinci və üçüncü pillələri bölüşüb. Bu ölkələr, hətta ABŞ-ı ötüb. Belə ki, braziliyalıların 71%-i gün ərzində ən azı bir saat internetdə vaxt keçirirlər. Tədqiqatda həftədə ən azı bir dəfə internetdən istifadə edən insanların rəyi soruşulub. Braziliyalı istifadəçilərin 51%-i bildirib ki, onlar bütün günü internetdə olur, 20%-i isə gündə 10 dəfədən çox internetə daxil olduğunu deyib.

Yeni araşdırma əsasında məlum olub ki, 16-35 yaş aralığında (rəyi soruşulmuşların 53%-i) olanlar və subaylar (53%) internetdə daha çox vaxt keçirir.

(azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600