Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İnterpol Saakaşvilini beynəlxalq axtarışa verməkdən imtina etdi

38084İnterpol Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini beynəlxalq axtarışa verməkdən imtina edib.

APA-nın məlumatına görə, bu barədə Facebook səhifəsində vəkil Otar Kaxidze yazıb.

Onun sözlərinə görə, Mixail Saakaşvili haqqında İnterpolda axtarış elan etmək İnterpol Konstitusiyasına və İnterpolun qaydalarına ziddir. Vəkil O.Kaxidze bu barədə İnterpola üzv ölkələrə təsdiqlənən məlumatlar göndərildiyini bildirib.

Xatırladaq ki, iyulun 31-də Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvili də beynəlxalq axtarış siyahısından çıxarılıb.

Loading...

www.yenicag.az

243
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100