İntihar edən nazirin əmlakları açıqlandı - SİYAHI

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt şəxsi avtomobilində intihar edib. Hadisənin motivləri hələ ki, açıqlanmayıb. İlkin ehtimallara görə, eks-nazir dələduzluq və mənimsəmə maddələri ilə məsuliyyətə cəlb oluna bilərdi. 

Yenicag.az Rusiya KİV-ə istinadən xəbər verir ki,  keçmiş nəqliyyat naziri və Kursk vilayətinin qubernatoru olmuş Roman Starovoytun sərvətinin bir qismi açıqlanıb. KİV-də yer alan məlumata görə, onun daşınmaz əmlakının dəyəri bir milyard rubla yaxındır.

Sözügedən əmlakları diqqətinizə çatdırırıq:

– Kursk şəhərinin Vyaçeslav Klıkov prospektində 50 kvadratmetrlik mənzil;
– Sankt-Peterburqda Admiralteyskaya sahilində 50 kvadratmetr mənzil;
– Sankt-Peterburqda Malo-Oxtinski prospektində 165 kvadratmetr mənzil;
– Moskvanın Klimaşkina küçəsində 345 kvadratmetr mənzil;
– Moskvada Şmitovski proyezdində elit yaşayış kompleksində 140 kvadratmetr mənzil;
– 260 milyon rubla Myakinino rayonunda üç mərtəbəli evi olan 18 sot torpaq sahəsi;
– Tesla Model X P100D.

Qeyd edək ki, Starovoyt 2021-ci ildə həyat yoldaşından boşanıb, iki övladı var. Onun övladlarının adına heç bir rəsmi əmlak yoxdur. Məmur bir ildir ki, tibb universitetinin məzunu Polina ilə münasibətdə imiş./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600