İntiharların artmasında kriminal xəbərlərin rolu…

media-hightechnic-468x90

intihar1Son zamanlar ölkədə intihar hadisələri artır. Anoloji olaraq, kriminal hadisələri də çox olması ilə yadda qalır. Az qala hər gün  elektron KİV-də baş verən intihar və kriminal hadisələrin şahidi oluruq. Bu tendensiyanın artmasının səbəbləri nədir?

Sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, intihar və kriminal hadisələrin artmasının kökündə maddi dəyərlərin mənəvi dəyərləri üstələməsi dayanır: “Cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri təzyiq altında saxlayanda kriminal, intihar hadisələri də hökmən artmalıdır. Bu cəmiyyətin bir qanunudur. Təəssüf ki, indi yer üzündə maddi dəyərlər ciddi şəkildə mənəvi dəyərləri üstələməyə başlayıb. Bu təkcə Azərbaycan üçün xarakterik xüsusiyyət deyil. XVII-XIX əsrlərdə bütün dünyada  maarifçilik hərəkatı hökm mövcud idi. XX əsrdə isə maarifçilik hərəkatı zəiflədi, tədricən maddiyatçılıq gücləndi. Bu proses ölkəmizdə də mövcuddur. İnsanlarımız arasında maddi dəyərlər daha çox önə çıxmağa başlayıb. İkinci bir tərəfdən, aldığımız informasiyalar, televiziyalarda verilən filmlərin əksəriyyəti kriminallığa istiqamətlənən filmlərdir.

Televiziyalar habelə daha çox kriminal xəbərləri oxucuya çatdırır. Bu istiqamətdə balans yaradılmalı, elə etmək lazımdır ki, mənəviyyat və insanlararası xoşmünasibətlə bağlı məlumatlar daha çox olsun. Bu gün isə televiziyanı açan filankəsin filankəs tərəfindən öldürüldüyü, filanksin  intihar etdiyi kimi xəbərləri eşidir. Bu kimi xəbərlər istər-istəməz şüuraltı hissəyə təsir edir. İstənilən davranışa təsir edən 3 faktor var. Biri mühitdir, burada gedən proseslərdir. İkinci bir məqam informasiyadır. Bu da cəmiyyətə arzuolunan səviyyədə gəlmədiyindən, intihar halları da artır. İnsanın dəyərlər yönümü istiqamətində məktəblərdə   işlər aparılmalıdır. Bu işlər aparılmadığından, vəziyyət hələ də qənaətbəxş olmayaraq qalır. Ölkəmizdə bu istiqamətdə elmi əsaslarla hazırlanmış sistemli iş aparılmaması da kriminal və intihar hallarının artmasına gətirib çıxaran proseslərdir”.

Yenicag.az-a açıqlamasında psixoloq Tariyel Faziloğlu bildirdi ki, son zamanlar intihar hadisələrinin sayının artmasının bir çox səbəbləri var: “Bu səbəblərin ən başlıcası isə hazırda insanların məruz qaldığı informasiya terrorudur. Maksimum dərəcədə intihar hadisələri, onun səbəbləri ilə bağlı geniş informasiya axını var ki, bu da əsasən müəyyən yaş qrupları arasında ciddi şəkildə travmatik izlər buraxır və intiharın bir seçim yolu olduğu onların şüurunda özünə yer tapır. Nəticə etibarı ilə də intiharların faizi artır. İkinci bir tərəfdən, böhran yaş dövrlərində sinir gərginlikləri də bəzən insanları çıxılmaz vəziyyətə salır.  Onlar həyata olan bütün maraqlarını itirdiyini düşündüyündən, çıxış yolu kimi intihar insanın qarşısında durur”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600