Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"iPhone 12" gəlir: Qiyməti açıqlandı

Növbəti “iPhone” markanın ən bahalı telefonu olacaq.

Yenicag.az Wccftech.com-a istinadən xəbər verir ki, keçən ay təqdim edilmiş “iPhone 11” modellərindən “iPhone 11 Pro Max” “Apple” şirkətinin ən bahalı smartfon modeli olub. Lakin görünür, növbəti smartfon qiymət göstəricisi mövzusunda yeni rekorda imza atacaq. Belə ki, nüfuzlu analitik Ming-Chi Kuo bildirib ki, “iPhone 12” modeli daha baha qiymətə satılacaq və bunun nəyə görə belə olacağına aydınlıq gətirib.

Öz yeni hesabatında Ming-Chi Kuo güman edib ki, yeni istehsalat üsulu ilə bir çox materiallardan ibarət komponentlərin yeni “Apple” smartfonlarının gövdələrinə inteqrasiyası növbəti nəsil “iPhone” modellərinin qymətlərinin yüksəlməsinə səbəb olacaq. Məlumata əsasən “iPhone 12″nin hazırlanması zamanı Apple mütəxəssisləri “iPhone 4”-dən ilhamlana bilərlər. Bununla belə smartfonun maya dəyəri yüksələcək.

Həmçinin analitikin gözləntilərinə əsasən bütün “iPhone 12” modelləri 5G dəstəyini əldə edəcəklər. Bu faktor da smartfonların qiymətlərinin yüksəlməsinə səbəb olacaq. Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple hələ ki, 5G modemləri istehsal etməyə hazır deyil. Buna görə də şirkət həmin modemləri Qualcomm şirkətindən alacaq. Hal hazırda “iPhone 11 Po Max” modeli ABŞ-da 1099$-a satılır. Adi “iPhone 12” modeli iəs 1200$-a və ya daha baha qiymətə satıla bilər. 2020-ci ilin birinci rübündə “iPhone SE 2″nin satışa çıxması gözlənilir. Lakin o sadəcə 4G şəbəkəsini dəstəkləyəcək.

www.yenicag.az

2234
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM