!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“iPhone 16” təqdim edildi - Qiyməti açıqlandı

!Reklam – Yazi

ABŞ-nin “Apple” korporasiyası “iPhone 16”​ seriyalı smartfonlarını təqdim edib.

Yenicag.az xəbər verir ki, təqdimat barəsində şirkətin saytında yayımlanıb.

Təqdimatla bağlı bağlı texnobloqer Fərid Pərdəşünas sosial hesabında paylaşım edib:

“iPhone 16” seriyası təqdim edildi. Bu dəfə 4 fərqli ölçüdə 4 “iPhone” təqdim olundu. Nələr dəyişdi? Qısa xülasə:

Tarixin ən böyük ekranlı və ən böyük batareyalı “iPhone”u təqdim edildi. “iPhone 16 Pro Max” düz 6.9 düyümlük ekrana sahibdir. “iPhone 16 Pro” isə 6.3 düyüm;
“iPhone 16″ların hər birinə sağ hissəyə kamera düyməsi əlavə olundu. Bu düymə həm basıla biləndir, həm də sensordur. Bir növ “MacBook”ların “touchpad”ı kimi. Bununla şəkil, video çəkmək, rejimlər arası keçid etmək, yaxınlaşdırıb-uzaqlaşdırmaq olacaq. Bunlarla yanaşı “Visual Intelegence”i işə salacaq – süni intellekti. Bir növ “Samsung”da olan “Sircle to search” alternativi;

“iPhone 16” sadə modellərə “action button” əlavə edildi. Prosessorları A18 ilə təmin olundu. Əsas kamera pro seriyası kimi 48 meqapiksel oldu. Ulta geniş bucaqlı kamera Pro-lar kimi makro çəkim edə biləcək. Amma çox təəssüf ki, ekran yenə 60HZ qaldı;

“iPhone 16 Pro” seriyası 4K 120FPS video çəkə biləcək və buna uyğun sinematik yavaş çəkim rejimi təqdim olundu – Film və klip çəkilişləri üçün. 5x optik yaxınlaşdırma “iPhone 16 Pro”ya da verildi. Ötən il ancaq Max modelində idi;

“iPhone 16 Pro”lar səs tərəfində çox cidd təkmilləşmə əldə etdi. Studiya keyfiyyətində səs yaza biləcəklər. “Special Audio” səs dəstəyi ilə sonradan səsləri tənzimləmək mümkün olacaq. Buna “Audio Mix” adı verilib;

Sadə “iPhone 16” seriyasında kameralar “iPhone 12″dəki kimi alt-alta yerləşdirildi. Buna səbəb iki yan-yana kamera ilə məhz “Apple Vision Pro” üçün məzmun yaratmaq imkanıdır;

Səs yazısını qeydə çevirmə, qeydlərin qısa xülasəsini tərtib etmə, emaillərin yenidən başqa tonda yazılması, genişləndirilməsi, şəkildə istənilməyən obyektlərin silinməsi kimi bu il “Samsung”un təqdim etdiyi bir neçə süni intellekt həlli iPhone-a gəlmiş oldu;

“iPhone 16”nın qiyməti 800 dollar təşkil edib. “iPhone 16 Plus” modeli 900 dollar, “16 Pro” 999 dollar, “Pro Max” isə 1199 dollar qiymətləndirilib.



COP29

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv