“iPhone 6” Azərbaycana nə vaxt gələcək?

media-hightechnic-468x90

78200“Apple” şirkətinin yeni təqdim etdiyi iPhone 6 və iPhone 6 Plus modellərinin Azərbaycana gətiriləcəyi vaxt bəlli olub.

“Apple”ın Azərbaycandakı rəsmi tərəfdaşı Alma Store-dan verilən məlumata görə, yeni iPhone-lar oktyabr ayının ortalarında və ya sonunda Bakıya gətiriləcək. Bildirilib ki, təqdim olunan yeni iPhone modellərinin hər ikisi Azərbaycanda satışa çıxarılacaq.

Yeni məhsulların qiyməti barədə hələlik məlumat verilməsə də, ilkin olaraq telefonların qiymətlərin funksiyalarından asılı olaraq 1000-1300 manat civarında olacağı ehtimal olunur.

Qeyd edək ki, “Apple” şirkəti ekran diaqonalı 4,7 və 5,5 dyüm olan iki yeni smartfon modeli nümayiş edib.

Yeni iphone 13 Meqapiksellik kamera ilə təchiz olunub. Gadcetin fəaliyyətini 2,2 hiqahertslik takt tezliyinə malik olan iki nüvəli prosessor təmin edəcək. Quraşdırılmış yaddaş həcmi 16,32,64 və 128 meqabayt təşkil edəcək.

Smartfonlar ABŞ-da 19 sentyabrda satışa çıxarılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600