iPhone 6-nın təqdimatı keçirildi- Fotolar

media-hightechnic-468x90

78831Bu gün dünya şöhrətli “Apple” şirkəti yeni məhsullarını təqdim edib.

Təqdimat mərasimi Kaliforniyadakı “Flint Center”də davam edir.

Açılış mərasimini “Apple”ın icraçı direktoru Tim Kuk həyata keçirib. O, yeni smartfonu dünyada nömrə bir adlandırıb.

Mərasimdə iPhone 6 və iPhone 6 Plus-un təqdimatı ilə yanaşı, iWatch-un prezentasiyası da gözlənilir.

Yeni modellərin xüsusiyyətləri haqqında “Apple”ın marketinq üzrə vitse prezidenti Fil Şiller məlumat verib.

iPhone 6-nın qalınlığı 6 – 6,8 , iPhone Plusda isə 7,1 millimetrdir. Yəni, bizi olduqca nazik telefon aparatları gözləyir. Yeni displeylərin küncləri daha geniş, rəngləri isə daha dəqiqdir. Hər iki displey Retina HD texnologiyası ilə hazırlanıb. Korpuslar şüşə və aliminiumdandır.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600