iPhone 6-ya görə növbə

media-hightechnic-468x90

72113ABŞ-ın Nyu York şəhərindəki texnologiya həvəskarları iPhone 6-nı satın almaq üçün növbəyə durmağa başlayıb.

“Apple” şirkətinin yeni modelinin bazara çıxarılmasına sayılı günlər qalıb. Mağazaların qarşısına kreslo və çadırlarını gətirən insanlar 9 sentyabrda mobil telefon tanıdılana qədər gözləyəcəklərini bildiriblər.

Bəziləri iPhone 6-ya ilk sahib olan şəxslər arasında olmaq üçün, bəziləri isə “Apple” şirkətinin təqdimatında iştirak etmək məqsədiylə bu addımı atdıqlarını deyiblər.

Texnologiya həvəskarlarından bəziləri hətta 17 gün növbədə durduğunu deyir.

Qeyd edək ki, “Apple” iPhone 6-ın təqdimatını 9 sentyabrda edəcəklərini açıqlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa