!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“iPhone” qazanmaq üçün təşkil edilən bu yarışma etiraz doğurdu - FOTO

!Reklam – Yazi

Rusiyada gecə klubunda keçirilən və iştirakçıların “iPhone” qazanmaq üçün soyunduğu yarışma böyük hiddət doğurub. Saxlanılan yarışmaçılar barəsində həbs qərarı seçilib.

Yenicag.az xəbər verir ki, Həştərxan vilayətində klubda keçirilən tədbirdə iki kişi və iki qadın səhnə qarşısında soyunub. Görüntülərdə 22 yaşlı bir qadının xüsusilə həvəsli olduğu əks olunub. Digər üç iştirakçının isə daha təmkinli olduğu müşahidə edilib.

Həbs edilən qadın daha sonra “Etdiklərimdən peşmanam. Davranışım əxlaqsızlıq idi. Hamıdan üzr istəyirəm” deyib. Qadın ailəsindən də üzr istəyib.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin hadisəyə sərt reaksiya verib. “Bu, hamımız üçün ayıbdır. Vətəndaşlarımız müharibədə canlarını qurban verərkən, bəziləri insan ləyaqətini alçaldan əxlaqsız nümayiş keçirib”, – deyə o bildirib. Tədbirin keçirildiyi yerin bunker olduğuna işarə edən Babuşkin, “Onlar bunkerin nə olduğunu heç bilirlərmi? Hal-hazırda əsl bunkerlərdə, cəbhə xəttində baş verənlərdən xəbərdardırlarmı?” – deyə soruşub.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv