Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi ““Öz çətirini yarat!” – insan alveri və potensial insan alveri qurbanları üçün iqtisadi imkanlara çıxışın təmini” təlimlərinə başlayıb.
Layihə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 11.2.2 ; 11.2.3; 11.2.4 maddələrinin, o cümlədən, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.2.5. və 4.4.5. yarımbəndinin icrasına dəstək məqsədi daşıyır.
Layihənin əsas məqsədi insan alveri və potensial insan alveri qurbanlarının sığınacaqdan sonra reinteqrasiya prosesinə, təkrar həssas vəziyyətə düşməməsi üçün onların iqtisadi imkanlara çıxışına dəstəkdir. Layihə üzrə fəaliyyətlər ugurla davam edir. Layihə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Genderəsaslı zorakılıq qurbanları üçün sığınacaqda” həyata keçirilir.
Sakinlər 3 qrupa bölünərək, saç ustalığı, tətbiqi incəsənət işləri üzrə bəzək əşyaları və dərzilik kurslarına dair təlimlərdə iştirak edirlər. Hər qrupda 10 nəfər sakin olmaqla ümumilikdə 30 nəfər layihədən bəhrələnir. Peşə reabilitasiyası təlimləri 3 ay müddətində ( iyun- avqust ayında) davam edəcək. Təlimin sonunda iştirakçılara sertifikatlar veriləcək.
www.yenicag.az