İqtisadiyyat və Sənaye Nazirliyi sement istehsalçısına qarşı iş qaldırıb

media-hightechnic-468x90

lklklkİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində fəaliyyət göstərən “Garadagh Strongcem” MMC-nin fəaliyyətində nöqsanlar aşkarlanıb.

Nazirlikdən verilən məlumata görə, xidmətin tərəfindən şirkətə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan 300 və 400 markalı sementlərin istehsal edildiyi müəyyən olunub. Belə ki, yoxlama zamanı bu sementlərin etiketində xalis çəkinin 50kq±2% və 40kq±2% göstərildiyi halda, faktiki çəkilərinin etiket göstəricisindən orta hesabla 2 kq az olduğu aşkar edilib.

Bundan başqa, istehsalat sahəsində kisələrə qablaşdırılmış sementlərin çəkilməsi üçün müvafiq qaydada yoxlanılmayan və nişanlanmayan ölçü cihazlarından istifadə edildiyi müəyyənləşdirilib.

Qeyd olunan qanun pozuntusu ilə əlaqədar xidmət tərəfindən “Garadagh Strongcem” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb(apa).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600