"İqtisadiyyatın güclənməsi üçün ÜDM artımı 3-4%-i keçməlidir" – Ekspert rəyi

media-hightechnic-468x90

“Azərbaycanda ÜDM-in artım tempi və iqtisadi artımın stimullaşdırılması ilə bağlı ciddi qərarların alınmasına ehtiyac var”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri REAL Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

Azərbaycan iqtisadiyyatı ilin ilk rübündə geriləyib və ÜDM 0,3% azalıb. Maraqlısı budur ki, bu azalma neftin qiymətinin artması fonunda baş verib. N.Cəfərli neftin qiymətinin yüksəlməsinə rəğmən ÜDM-in azalma səbəblərini belə izah edib:

“Neftin qiyməti mart ayından sonra artmağa başlayıb, hazırkı rəqəmlər isə ilk rübün nəticələridir. Aprel ayında qiymətlər daha yüksək olduğu üçün ikinci kvartalda göstəricilər böyük ehtimalla daha yüksək olacaq. Ehtimal edilir ki, ilin sonunda ÜDM artımı 1%-ə yaxın olacaq, lakin bu da az hesab edilir. Azərbaycan kimi ölkələrdə ÜDM-in artım tempi illik ən azı 3-4%-dən yuxarı olmalıdır. Məhz bu səviyyə iqtisadiyyatın güclənməsinə, yeni iş yerlərinin yaradılmasına və insanların rifah halının yüksəlməsinə səbəb olur.

Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə 2%-ə qədər olan iqtisadi artım, əslində, artım sayılmır. Ona görə də ölkədə ÜDM-in artım tempinin yüksəldilməsi və iqtisadi canlanma ilə bağlı ciddi qərarların qəbul edilməsi vacibdir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05