İranın paytaxtı Tehranda 12 ballistik raket nümayiş etdirilib.
Yenicag.az-ın məlumatına görə, İran inqilabının 40 illiyi münasibəti ilə “İqtidar 40” adlı təşkil olunan hərbi sərgidə 12 ballistik raket, o cümlədən “Xürrəmşəhr”, “Siccil”, “Qədr F” və “Qədr H”, “Qiyam”, “Şəhab 1”, “Şəhab 2”, “Zilzal”, “Zülfüqar”, “Hörmüz” və “Fars Körfəzi” raketləri sərgilənir.
Bununla yanaşı, İranın “Tufan M-3” və “Tufan-7” zirehli vasitələr əleyhinə yeni raketlərinin təqdimatı keçirilib.
İranın Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri sərgiyə baxış keçirərkən təqdim olunan hərbi vasitələrin İran ordusunun nailiyyətlərinin bir hissəsi olduğunu deyib./Trend/
www.yenicag.az