İran-ABŞ gərginliyində "Həcc" fasiləsi: Müharibəyə nə qədər qalıb?

media-hightechnic-468x90

“Müharibə Qurban Bayramından sonra başlaya bilər”.

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Politoloq Qətər mediasının İranın ABŞ-dən danışıqlar üçün əlavə vaxt istəməsi barədə dərc etdiyi silsilə yazılardan bəhs edib:

“İran mövzusu hazırda dünya mətbuatının manşetindədir. ABŞ ilə İran arasındakı razılaşmazlıq səbəbindən gərginlik davam edir və buna görə də ABŞ prezidenti Tramp İranı hər an vura biləcəklərini bəyan edib. Dünən axşam isə Netanyahu Trampa zəng edərək İrana zərbələr endirilməsini təklif edib. Tramp köməkçiləri ilə məsləhətləşərək, Pakistan və Qətərin xahişini nəzərə alıb və Həcc dövrü ilə əlaqədar danışıqların gecikdirilməsinə qərar verib. Belə ki, Həcc dövründə İrana zərbə endirilməsi bütün dünya müsəlmanlarının narazılığına səbəb ola bilər. Ona görə də Tramp hələlik hücum fikrindən daşınıb. Əsas məsələ İranın uran zənginləşdirmə proqramını dayandırması və zənginləşdirilmiş uranın ölkədən çıxarılmasıdır. Artıq bu kontekstdə danışıqlar gedir və hesab edirəm ki, məhz bu səbəbdən hücumlar dayandırılıb. Qətər müharibənin əleyhinədir, çünki əvvəlki gərginlik zamanı İran bu ölkənin infrastrukturuna ciddi zərər vurmuşdu və yeni müharibə halında bu risk yenidən təkrarlana bilər. Hesab edirəm ki, Qətər əmirinin Trampın yanında nüfuzu var, buna görə də Pakistanla birlikdə müharibənin dayandırılmasını xahiş edib. Danışıqlar gedir, yaxın günlərdə, ən geci ayın sonuna qədər bu məsələ yenidən aktivləşə bilər. İran Amerikanın tələblərini yerinə yetirməsə, müharibə qaçılmaz olacaq”.

Xatırladaq ki, Qətərin “Al Jazeera” telekanalı Pakistan mənbələrinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur:

“İran rəsmiləri ABŞ-nin şərtlərini qiymətləndirmək və araşdırmaq üçün Pakistandan vaxt istəyiblər”.

Nurlan Cəfərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05