!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-ABŞ nüvə razılaşması: “Tramp administrasiyasının İranla nüvə razılaşmasına gedəcəyi real görünmür”

!Reklam – Yazi

“Həm Rusiya-Ukrayna arasındakı müharibənin sona çatdırılması, həm də İran və ABŞ arasında nüvə razılaşmasının bərpası kimi məsələlər əgər bunun mümkün olacağı təqdirdə, Orta Şərqdəki siyasi və təhlükəsizlik məsələlərində yeni bir səhifə ortaya çıxacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən İran-ABŞ nüvə razılaşmasını şərh edərkən bildirib:

“2010-cu illərin başlanğıcında İran və ABŞ arasında nüvə razılaşması ilə bağlı razılıq əldə edilib. Bu, Avstriyanın paytaxtı Vyana şəhərində təmtəraqla qeyd edildi. Uzun zaman davam edən müzakirələr, sanksiyaların yumşaldılması, İrana tətbiq edilmiş bir çox maneələrin qaldırılması, dondurulmuş bank hesablarının açılması, neft və qaz ixracı ilə bağlı olan əngəllərdəki yumşalmalar və digər amillər razılaşmanın əsas mövzusu oldu. Təbii ki, daha sonra Tramp hakimiyyəti dönəmində məsələ arxa plana atıldı və faktiki olaraq həyata keçməyən anlaşma olaraq tarixə düşdü”.

R. Həsən vurğulayıb ki, hazırda Trampın ikinci hakimiyyəti dövründə təbii ki, onun administrasiyası çalışır ki, ümumiyyətlə, dünya birliyində Amerika prezidentini “sülh carçısı”, “sülh elçisi” kimi təqdim olunmasına nail olsunlar:

“Bu baxımından da həm Rusiya-Ukrayna arasındakı müharibənin sona çatdırılması, həm də İran və ABŞ arasında nüvə razılaşmasının bərpası kimi məsələlər əgər bunun mümkün olacağı təqdirdə, Orta Şərqdəki siyasi və təhlükəsizlik məsələlərində yeni bir səhifə ortaya çıxacaq. Amerikanın İrana yanaşmasındakı alacağı qərarlar paralel şəkildə İsrailin də İranla olan münasibətlərində təsirsiz ötüşməyəcək. Ümumi prosesə baxsaq, burdakı ən vacib nüansı qeyd etmək lazımdır ki, İrana qarşı olan sanksiyaların qaldırılması və digər amillər nəticə verə bilərsə və bu müzakirələr ABŞ və İran arasındakı nüvə razılaşması ilə bağlı müzakirələr müsbət yekunlaşarsa, bu bölgə daha rahat nəfəs alar”.

“İstər Ukraynada müharibənin dayandırılması, istərsə də İsrail-HƏMAS arasında girovların dəyişdirilməsi ilə bağlı prosesin başlanması, hətta bir domino daşı kimi İran da bu məsələyə qatılacağı təqdirdə bölgəyə yeni bir ab-havanın gəlməsinə şərait yaradılacaq. Bölgədə balansın qorunması məsələlərindən başqa bölgənin iqtisadi cəhətdən daha da sürətli inkişaf etməsinə də gətirib çıxaracaq. Məlumdur ki, region bütün təbii ehtiyatlar baxımından zəngin ölkədir. Eyni zamanda, daşınma və enerji resurslarının nəqli baxımından da çox vacib regiondur. O baxımdan, həm Azərbaycanla qonşu olan İran İslam Respublikasının Amerika ilə sülhə xidmət edəcək olan atacağı hər hansı addım müəyyən qədər Azərbaycanı da məmnun edə bilər”.

Millət vəkili hesab edir ki, Trampın yeni administrasiyası bu razılaşmaya heç də isti yanaşmır:

“Buradakı ən vacib qərar bu prosesin başlayıb başlamaması sualının cavabıdır. Çünki Tramp administrasiyasının yeni təyin etdiyi nümayəndələrinin açıqlamasına baxanda bunun nə qədər real olduğunun nəticəsini mən görə bilmirəm. Düşünürəm ki, bu baş verəcəyi təqdirdə, Orta Şərqdə siyasi və iqtisadi baxımdan bir rahatlıq gətirəcək, münasibətlərin yeni mərhələyə çıxmasına təkan verəcək ki, bu da bölgə üçün xeyirli ola bilər”.

Nurlan Cəfəri

www.yenicag.az

96
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv