“İran-Azərbaycan arasında müştərək müdafiə komissiyası yaradılacaq”

media-hightechnic-468x90

pakayin010_34fg“Yaxın gələcəkdə İran-Azərbaycan arasında müştərək müdafiə komissiyası yaradılacaq”.

Bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsen Pakayin mətbuat konfransında deyib.

Səfir bildirib ki, komissiyaya müdafiə nazirləri rəhbərlik edəcək: “Komissiya müdafiə sahəsində tərəfləri narahat edən və vacib bilinən məsələlər müzakirə ediləcək”.

O deyib ki, İranın müdafiə naziri Hüseyn Dehqanın ötən gün Azərbaycana etdiyi səfər zamanı müzakirə edilən məsələlərdən biri də regional təhlükəsizlik olub: “Müzakirələrdə İŞİD, Əl-Qaidə və digər regionu narahat edən məsələlər ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, İran-Azərbaycan və bizimlə həmfikir olan ölkələrlə dini radikalizmə qarşı birgə tədbirlər görülsün”.

Səfir əlavə edib ki, birgə Müdafiə Komissiyasının fəaliyyət istiqamətlərinin detalları hələ tam müəyyənləşməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600