!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran etirazları yatırmaq adı altında azərbaycanlıları qətlə yetirir” - Millət vəkili

!Reklam – Yazi

Deputat Beynəlxalq İnsan Haqları Günündə diqqəti İrandakı onmilyonlarla soydaşımızın hüquqlarının pozulmasına yönəldib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Yüksəliş Partiyasının 21 Azər Hərəkatının növbəti ildönümü ilə bağlı düzənlədiyi tədbirdə Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarının pozulmasından danışıb.

“Bu gün İranda yaşayan 35 milyon azərbaycanlının hüquqları davamlı şəkildə pozulur. Həmin ölkədə hər fürsətdə azərbaycanlıların hədəfə alınmasının şahidi oluruq.

İranda davam edən etirazların yatırılmasında da hədəf kimi yenə azərbaycanlılar seçilir, qətlə yetirilir. Rejim bununla “bir güllə ilə iki quş vurmağa” çalışır.

10 dekabr Beynəlxalq İnsan Haqları Günüdür. Ancaq, təəssüf ki, dünya Güney Azərbaycandakı 35 milyon soydaşımızın hüquqlarının pozulmasına səssiz qalmaqdadır.

Azərbaycanda artıq dövlət səviyyəsində İrandakı soydaşlarımızın hüquqlarının qorunması yönündə yeni mərhələ başlayıb”.

www.yenicag.az

1920
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv