!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran hakimiyyətinə erməni TƏSİRİ: “Azərbaycanla münasibəti pozmaq istəyirlər”

!Reklam – Yazi

“İran hakimiyyətinə ermənilərin təsiri var və onlar Azərbaycanla münasibətləri pozmaq istəyirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında İran Azərbaycan münasibətlərini şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, İranla Azərbaycan münasibətlərini pozmaq istəyən qüvvələr var.

“Hazırda İran-Azərbaycan və Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir. Bizim xarici siyasətimiz balanslaşdırılmış siyasətdir. Türkiyə ilə İsrail arasında “Mavi Mərmərə” hadisəsi zamanı Azərbaycan İsrail münasibətləri pozulmadı”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, İran monolit dövlət deyil.
“Sonuncu prezident seçkilərindən sonra İranla Azərbaycan münasibətlərinin daha da yaxşılaşması prosesi gedəcək. Azərbaycanla İran münasibətlərini pozmaq istəyən qüvvələr var. İran hakimiyyətinin daxilində hökumətin zəifliyindən istifadə edərək bəzi qruplar formalaşıb”, – deyə o bildirib.
Y.Bağırzadə vurğulayıb ki, İranda hakimiyyətə ermənilərin də təsiri var:
“İran məmurlarının çirkli pullarının yuyulmasında erməni iş adamları məşğuldur. Düşünmürəm ki, İran Azərbaycan münasibətləri pozulsun. Gündəmdə 3+3 formatı, Rəşt-Astara yolunun açılması, Azərbaycan Prezidentinin İrana, İran Prezidentinin Azərbaycana səfəri gözlənilir.

İranda hökumət formalaşdı. Bundan sonra Azərbaycanla İran arasında münasibətlər yeni səviyyəyə qalxacaq. Hazırda baş verən gərginlik epizodlardır. Bunlar İran Azərbaycan münasibətlərinə xələl gətirməyəcək”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv