İran humanitar yardım adı altında Suriyaya silah göndərə bilər

media-hightechnic-468x90

İran Suriyanın zəlzələ olan bölgələrində vəziyyətdən istifadə edərək, zərər çəkmiş insanlara yardım adı altında döyüş silahları göndərə bilər.

media-banner_tuq

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə “Nüvə İranına Qarşı Alyans” təşkilatının siyasi direktoru Ceyson Brodski İsrailin “i24” telekanalına müsahibəsində xəbərdarlıq edib.

O bildirib ki, SEPAH və “Hizbullah” daha öncə də humanitar yardım adı altında Suriyaya müharibə silahları göndəriblər.

“Beynəlxalq ictimaiyyət ayıq-sayıq olmalıdır. Çünki İslam Respublikasının kəşfiyyat agentləri, Qüds qüvvələri sızmaq və silah göndərmək üçün əvvəllər də İranın Qızıl Aypara Cəmiyyətindən sui-istifadə hallarına yol veriblər”, – deyə Brodski açıqlamasına əlavə edib.

Xatırladaq ki, fevralın 9-da İran hökuməti “humanitar yardım” daşıyan təyyarəni Dəməşq hava limanına göndərib./Oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05