İran Hürmüz Boğazında sərhədləri müəyyənləşdirdi: Yeni xəritə yayımlandı - FOTO
İranın Hürmüz Boğazında gəmi keçidlərini tənzimləmək məqsədilə yaratdığı “Fars Körfəzi Su Yolu İdarəsi” (PGSA) boğazda nəzarət altına aldığı ərazilərin xəritəsini elan edib.
Yenicag.az xəbər verir ki, qurum rəsmi sosial media hesabları vasitəsilə Hürmüz Boğazı üzərindəki nəzarət zonalarını nümayiş etdirib.
Bəyanatda vurğulanıb ki, sözügedən ərazilərdən istifadə edən tərəflər PGSA ilə mütləq koordinasiya qurmalı və keçid üçün qurumdan icazə almalıdırlar.

Xəritəyə əsasən, nəzarət zonası aşağıdakı koordinatlar üzrə müəyyən edilib: Şərq istiqaməti: İranın Mübarək dağı bölgəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) cənubunda yerləşən Fuceyra xətti, Qərb istiqaməti: İranın Qeşm adası ilə BƏƏ-nin Umm-əl-Qüveyn bölgəsi arasında qalan akvatoriya.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri də mayın 4-də oxşar sərhədləri əks etdirən xəritə yayımlamışdı.

Gərginliyin yüksək olduğu bir dövrdə İranın parlament üzvündən diqqətçəkən açıqlama gəlib. İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fəda Hüseyn Maliki bildirib ki, Pakistanın Baş Qərargah rəisi Asım Munir sabah ABŞ-dan gətirdiyi yeni mesajı İrana çatdıracaq.
İran mətbuatına danışan Maliki rəsmi Tahranla Vaşinqton arasında pərdəarxası gedən müzakirələrə toxunaraq, bu mesajın bölgədəki vəziyyətin gələcək taleyi baxımından kritik əhəmiyyət kəsb etdiyini dolayısı ilə ifadə edib.
Məsimə













