!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran ilə Hollandiya arasında qalmaqal: İran iki diplomatı ölkədən çıxarır

!Reklam – Yazi

İran Hollandiyanın iki diplomatını persona non-qrata elan edərək ölkədən çıxmasını tələb edib. Martın 5-də hollandiyalı diplomatlar İranı tərk ediblər.

Yenicag.az xəbər verir ki, fevralın 20-də İranın Hollandiyadakı səfirliyinin iki əməkdaşı casusluqda ittiham edilərək ölkədən çıxarılmışdı. İran tərəfinin tələbinə baxmayaraq, Hollandiya iranlı diplomatların casusluqla məşğul olmalarını sübut edən faktları təqdim edə bilməyib. Qarşılıqlı olaraq İran da Hollandiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb.

Bu gün Hollandiyanın Xarici İşlər Nazirliyi bəyanat verərək İranın bu addımının yolverilməz olduğunu bildirib. Bəyanatda deyilir ki, Hollandiyanın İrandakı səfiri məsləhətləşmə üçün geri çağırılıb./AZƏRTAC/

www.yenicag.az

7434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv