İran İnstaqramı da qadağan edir

media-hightechnic-468x90

İranda Baş Prokurorluq ən çox istifadə olunan sosial şəbəkələrdən biri olan İnstaqramı qadağan etməyə qərar verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, baş prokurorun köməkçisi Məhəmməd Müsəddiq sosial şəbəkədə aparılan yardım aksiyalarının sui-istifadə hallarının artmasına səbəb olduğunu deyib. O bildirib ki, ehtiyac sahibi olmayan şəxslər də sosial şəbəkə yolu ilə əlavə gəlir əldə edirlər.

Lakin bu qərarın əsas səbəbinin ölkədə yaranmış içməli su böhranından qaynaqlandığı qeyd edilir. Belə ki, vətəndaşlar mitinqlərin təşkil olunması üçün İnstaqramdan istifadə edirlər.

Qeyd edək ki, ölkədə “Facebook”, “Twitter”, “Telegram” kimi sosial şəbəkələrin istifadəsi də qadağandır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600