İran lideri Rusiyada Putinlə saziş imzalayacaq

media-hightechnic-468x90

Rusiya Federasiyasının prezidenti Vladimir Putin yanvarın 17-də Rusiyaya rəsmi səfərə gələcək İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq. 

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İki lider arasında söhbətin mövzularının ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, o cümlədən ticarət və investisiya, nəqliyyat, logistika və humanitar sahələr, habelə regional və beynəlxalq gündəlikdəki aktual məsələlər olacağı gözlənilir.

Bundan əlavə, Kreml görüşün sonunda Putinin İran prezidenti ilə Hərtərəfli Tərəfdaşlıq Sazişi imzalayacağını açıqlayıb: “Vladimir Putin və Məsud Pezeşkian Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayacaq, həmçinin mediaya açıqlamalar verəcək”. /unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600