İran müharibəsi Trampı bitirdi: “Reytinqi sıfıra düşüb”

media-hightechnic-468x90

“İrana təcavüz etməklə Trampın reytinqi sıfıra düşdü”

media-banner_tkm

Bu iddiaları Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Partiya sədri ABŞ kəşfiyyatının Prezident Trampa İranın yeni ali dini lideri Müctəba Xameneinin şəxsi həyatı ilə bağlı verdiyi iddialı məlumatları kəskin pisləyib:

“ABŞ prezidentinin özü qeyri-ciddi adamdır. Bilirsiniz ki, adı müxtəlif qalmaqallı sənədlərdə hallanır. O, axşam yatıb səhər başqa, səhər yatıb axşam başqa söz deyir. Ona görə də onu çox ciddiyə almaq lazım deyil. Elə bilirdi ki, İrana hücum etməklə hər şeyi bir gündə həll edə biləcək, amma indi dünyanı bir-birinə qatıb. Hesab edirəm ki, Trampın dediklərinə inanmağa dəyməz; Amerika artıq terrorçu bir dövlətə çevrilib. O, prezidentlik kürsüsündə müvəqqəti adamdır, sadəcə özü üçün başını qatır. Onun hərəkətləri Amerika dövlətinin və xalqının ziyanına işləyir. Hər halda, Amerika xalqı ağıllıdır və noyabr seçkilərində öz sözünü deyəcək”.

Hafiz Hacıyev bu növ iddiaların konkret dəlillərlə sübut olunmasının qeyri-mümkünlüyünü diqqətə çatdırıb:

“Bu iddiaları kim, necə sübut edəcək? Ortaya çıxarsalar belə, İranda nə dəyişəcək? Ölkənin dini rəhbərini öldürüblər, milləti qırıblar. O insanların arasında bizim həmyerlilərimiz də var. Hazırda İranda həm farslar, həm də azərbaycanlılar qırılır. Mənim fikrimcə, bu müharibə ilə Trampın reytinqi artıq sıfıra enib”.

Sonda H. Hacıyev vurğulayıb ki, ABŞ kəşfiyyatı iddia edildiyi qədər güclüdürsə, yanlış məlumatlar yaymaqdansa, vaxtında Trampa İrana girməyin səhv addım olduğunu bildirməli idi: “Görünür, ölkənin kəşfiyyatı da prezidenti aldadır, ona doğru istiqamət və düzgün məlumat vermir”.

Nurlan Cəfərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05