Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İran o bəyanatın qarşılığında Elçibəy hakimiyyətinə dəstək verəcəkdi, amma...” – Zəlimxan Məmmədli

Reklam: Sinerji Pro

“Lakin o bəyanatın altında İrandakı 35 milyon Azərbaycan türkü qalacaqdı”.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin vaxtilə Tehrana rəsmi səfərə dəvət edilməsi haqqında maraqlı fakt açıqlayıb.

Zəlimxan Məmmədlinin sözlərinə görə, rəsmi Tehran o səfərin baş tutması üçün Elçibəyin qarşısına şərt qoysa da, Elçibəy o şərti rədd edib:

“İranın şərti bundan ibarət idi ki, Elçibəy Təbriz Univeristetində çıxış etməli və orada “İranda insan haqları pozulmur” ifadəsini işlətməliydi.

Bunun qarşılığında isə İran rejimi guya Elçibəy hakimiyyətinin möhkəmlənməsinə dəstək verməliydi. Lakin o bəyanatın altında İrandakı 35 milyon Azərbaycan türkü qalacaqdı.

İran bu ifadə ilə Elçibəyin hakimiyyətdə qalmasına dəstək ola bilərdi, Amma Elçibəy fərqli yol seçdi. Biz Güneydəki soydaşlarımıza xəyanət etmədik”.

Aqil Bəkir

Loading...

www.yenicag.az

903
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100