İran ordusu Yəməndə

media-hightechnic-468x90

img1785526İran Səudiyyə Ərəbistan və müttəfiq dövlətlərin Husilərə qarşı hərbi əməliyyatların keçirildiyi Yəməndə hərbi varlığını qorumaq üçün hərbi gəmilərini bölgəyə göndərib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Həbibullah Səyyari bildirib ki, Alborz dağıdıcı gəmisi və Buşehr köməkçi gəmisi Ədən kötfəzinə göndərilib.

Həbibullah Səyyarinin gəmilərin hansı məqsədlə göndərildiyini də açıqlayıb: “Hərbi gəmilər İranın gəmiçiliyininin təhlükəsizliyini təmin etmək və açıq dənizdə İranın maraqlarının qorunması missiyası üçün göndərilib”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla antihusi koalisiyası Yəməndə hava əməliyyatları həyata keçirir. Belə ki, qırıcılar Yəməndə husilərin mövqelərini bombardman edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600