İran parlamenti Rusiya ilə tərəfdaşlıq sazişini MÜZAKİRƏ EDƏCƏK

media-hightechnic-468x90

İran parlamenti Rusiya ilə hərtərəfli strateji tərəfdaşlığa dair sazişin təcili müzakirəyə çıxarılmasına razılıq verib.

Yenicag.az xəbər verir ki, bu barədə ICANA xəbər agentliyi məlumat yayıb.

Bir gün əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bəyan edib ki, Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş tezliklə İran Məclisinin təsdiqinə təqdim olunacaq. İki gün öncə isə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Möctəba Zarei bildirmişdi ki, komissiya Moskva ilə Tehran arasında strateji tərəfdaşlığa dair sazişin ratifikasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib.

“Parlamentin üzvləri İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişə dair qanun layihəsinin təcili müzakirəyə çıxarılmasına razılıq veriblər”, – deyə agentliyin məlumatında qeyd olunur.

Xatırladaq ki, Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi may ayının əvvəlində İran Məclisinə göndərilib. İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqainin sözlərinə görə, sənəd hazırda ratifikasiya üçün tələb olunan mərhələlərdən fəal şəkildə keçir.

Saziş 2025-ci il yanvarın 17-də İran Prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri zamanı imzalanıb. Sənədə əsasən, tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, həmçinin regional və qlobal səviyyələrdə fəaliyyətin sıx koordinasiyası üçün səy göstərəcəklər ki, bu da uzunmüddətli və hərtərəfli strateji tərəfdaşlığa uyğundur.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600