İran rejiminin NÖVBƏTİ KARTI – “Ermənilərin güclənməsinə xidmət edən bəzi addımlar atılır”

media-hightechnic-468x90

 

“Əgər İran nüvə silahı əldə edərsə, o zaman regionda təhdidlər daha da arta bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib.

Millət vəkili ABŞ prezidenti Donald Trampın İranı müharibə ilə hədələməsini şərh edərək qeyd edib ki, İran istər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda qeyri-konstruktiv addımlar atmağa cəhd edir:

“İran Yaxın Şərqdə və Cənubi Qafqazda o qədər də konstruktiv faktor kimi çıxış etmir. Necə ki, Cənubi Qafqazda ermənilərin güclənməsinə xidmət edən bəzi addımlar atılır, o formada da Yaxın Şərqin bəzi müstəqil dövlətlərinin müstəqilliyini təhdid edən addımlar atır. Çünki İran bu gün də davam edən Qəzzadakı müharibədə İranın proksi qüvvələrinin hansı rol oynadığı hər kəsə bəllidir. Suriyada və İraqda İran tərəfindən dəstəklənən xeyli sayda qüvvələr var ki, bu da bütövlükdə sülhə xidmət etmir”.

İsrail-İran münasibətlərinə toxunan millət vəkili mümkün müharibədə ABŞ-nin tərəf olacağına dair xəbərdarlıq edib:

“Şübhəsiz ki, bu kontekstdə İsrail-İran münasibətləri ayrı münasibətlərdir. Nəticə etibarilə, İsrail hesab edir ki, onların təhlükəsizliyinə ən böyük təhdid İrandan gəlir. Belə olan halda, əgər İran nüvə silahı əldə edərsə, o zaman regionda təhdidlər daha da arta bilər. ABŞ isə İsrailin müttəfiqidir. Mən düşünürəm ki, belə olan halda, ABŞ İsrailin mövqeyini müdafiə etmək üçün müttəfiq kimi çıxış edəcək. Eyni zamanda, həm Cənubi Qafqazda ermənilərin işğalçılıq siyasətini dəstəkləyən, həm Yaxın Şərqdə sülhpərvər mövqedən çıxış etməyən bir ölkənin nüvə silahı əldə etmək cəhdləri regiona yaxşı perspektivlər vəd eləmir. Ona görə də düşünürəm ki, məsələlərə məhz bu kontekstdən baxsaq, daha düzgün nəticələr çıxarda bilərik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600